Haqqımızda / Startap
Haqqımızda / Startap
Giriş: Bioplastik startapı
Biz kimyaçılar olaraq, bu Startapda məqsədimiz bioplastik hazırlamaqdır. Bilirik ki, dövrümüzün başlıca problemlərindən biri ətraf mühitin plastik çirklənməsi və bunun nəticəsində yaranan Qlobal İstiləşmədir.
Problemin analizi: Plastik çirklənməsinin miqyası
Problemi analiz etmək üçün son 25 ilin nəticələrinə nəzər salaq. Görürük ki, son 25 il ərzində plastik istehsalı 200 Milyon Tondan 400 Milyon Tona qədər artdığı halda, bioplastik istehsalı sadəcə 0.1 Milyon Tondan 8 Milyon Tona qədər artıb.
Plastik istehsalı bioplastik istehsalı ilə müqayisədə kəskin ölçüdə artmağa davam edir. New Mexico Universitetinin professoru Eliseo Kastilyonun araşdırmaları göstərir ki, ortalama bir insan həftədə 5 qram mikroplastik istehlak edir. Bunun insan sağlamlığına zərərləri qan dövranına, ağciyərlərə və həzm sisteminə daxil olaraq iltihab, hüceyrə zədələnməsi və toksik təsirlər yaratmasıdır. Beyində toplanması nevroloji xəstəliklər və Alzheimer riskini artırır. Hamiləlik və döl inkişafı zamanı mikroplastiklər plasentadan keçərək dölə çata və inkişaf pozuntularına səbəb ola bilər.
Bioplastiklərin üstünlükləri və ilkin sınaqlarımız
Bioplastiklər bərpa olunan mənbələrdən əldə edilən və bioloji parçalanma xüsusiyyətinə malik ekoloji dost plastiklərdir. Aparacağımız sınaqlar zamanı Beynəlxalq və Milli Konfranslarda iştirak edən Rəsul Rəhimov və Dosent Pünhan Camalovdan məsləhətlər alırıq. Bizlər əvvəla kimyəvi maddələrdən istifadə etdik ki, əgər bioplastik əldə edə bilsək maddələri təbii alternativləri ilə əvəz edək. Bunun üçün bir sıra sınaqlar apardıq. Sınaqlarımızda Sellüloza, Nişasta, Qliserin, (Sirkənin əvəzi olaraq) Limon turşusu və Sudan istifadə etdik.
Mövcud Bazar və Fərqliliklərimiz
Bu sahədə NatureWorks, TotalCarbionPLA, GreenDotBioplastics kimi şirkətləri misal göstərmək olar.
Bazarda olan, az əvvəl sadaladığımız şirkətlərdən fərqimiz odur ki, onların əksəriyyəti PLA (polilaktik turşusu) istifadə edir. Bu maddə temperatur, yüksək rütubət şəraiti olarsa, 1 ilə 3 il arasında həll olur. Bizim əldə edəcəyimiz bioplastik isə 3-6 ay arasında həll olma qabiliyyətinə malikdir.
Apardığımız araşdırmalar nəticəsində bunun da şahidi olduq ki, şirkətlərin bəziləri tamamilə kimyəvi, bəziləri isə yarı kimyəvi yarı təbii yollarla istehsal edirlər. Bunlarda normal olaraq təbiətdə gec həll olması ilə yanaşı uzun müddət ərzində torpağın deqradasiyasına səbəb olur.
Bioplastikin Tətbiq Sahələri
Əldə edəcəyimiz bioplastikdən qablaşdırma sektorunda, birdəfəlik istifadə edilən əşyaların hazırlanmasında, aksesuar sektorunda və ekoloji paketlər hazırlanmasında istifadə edilə bilər.
Gələcək Planlarımız
Gələcək planlarımız sınaqları davam etdirmək, təcrübələrimizi genişləndirməkdir.
Nəticə: Dayanıqlı Gələcəyə Tövhə
Yekun olaraq, bu tədqiqat göstərir ki, bioplastik istehsalı həm ekoloji, həm də iqtisadi baxımdan sərfəlidir. Hazırladığımız bioplastik material torpaqda parçalanır, bu da onu ekoloji cəhətdən üstün edir. Mövcud bioplastik alternativləri ilə müqayisədə daha az xərclə istehsal oluna bilər.
Gələcəkdə istehsal prosesini daha da optimallaşdıraraq bazara uyğun hala gətirmək, müxtəlif sektorlarda istifadəsini genişləndirmək və tərəfdaşlarla əməkdaşlıq qurmaq əsas hədəflərimizdir. Bu layihə plastik tullantıların azalmasına töhfə verəcək və ekoloji cəhətdən dayanıqlı bir gələcək yaratmağa kömək edəcək.