Komandamıza Satış Meneceri Axtarırıq! – “Bioplastik” Layihəsi
İnnovativ “Bioplastik” layihəmizin böyüməsində mühüm rol oynayacaq, satış sahəsində təcrübəli və həvəsli bir Satış Menecerini komandamıza qoşulmağa dəvət edirik. Əgər bioplastik sənayesinə marağınız varsa və dərin araşdırma qabiliyyətinizlə fərqlənirsinizsə, bu sizin üçün ideal fürsətdir.
“Bioplastik” komandası olaraq, uğurlu “ASSİP HAKATON” təcrübəmizdən (3000 AZN mükafat) sonra, indi də “ASSİP İnkubasiya” proqramında iştirak edirik. Bu dinamik prosesdə bizə satış strategiyalarının hazırlanması, bazar araşdırması və layihənin inkişafı istiqamətlərində dəstək olacaq bir komanda yoldaşı axtarışındayıq.
Bizim komandamıza qoşulmaq istəyirsinizsə, +994504797405 nömrəsi vasitəsilə əlaqə saxlayın.